• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

8 Martı qeyd etmək üçün 5 MARAQLI İDEYA

CƏMİYYƏT

08 Mart 2022 | 15:12 | Müəllif: Qalib İbrahimoğlu

8 Martı qeyd etmək üçün 5 MARAQLI İDEYA

Fevral-mart aylarını qadınlar üçün ən sevimli ay adlandırsaq, yanılmarıq. Diqqət, sevgi və qayğı ən çox bu aylarda hiss olunur.

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayramın tək ailədə deyil, iş mühitində də xüsusi qeyd olunmağı kollektivin xanımları üçün xüsusi bir diqqətdir. Beynəlxalq Qadınlar Günü təkcə istirahət günü deyil, həm də bayram öncəsi kollektivin birliyi naminə və tematik korporativ tədbirlər keçirmək üçün əla fürsətdir.

Bakıvaxtı.az aviatravel.az-a istinadla 8 mart günündə kollektivi başına yığıb uzun-uzadı təbriklər deməklə deyil, maraqlı və ən əsası, banal keçirməmək üçün TOP-5 üsul təqdim edir:

1.Ofis

8 Mart təbrikləşməsini harda qeyd etmək sualına ən bariz cavab.

Qadınları orijinal təbrik etməyə hazırsınız? Təsəvür edin, hər kəs işbaşında...və... bu zaman otaqlara bir-bir, hər xanıma diqqət ayıraraq və gül hədiyyə edərək gigant ürək kuklası daxil olur. İnanın, xanımlar bu canlı ürəklə selfi çəkdirib hələ uzun zaman kollektivin kişi hissəsinin kreativliyinə alqış oxuyacaqlar.

Bəs, rəhbərliyin hazırladığı təbriki xanımlara pantomimlər göstərsə necə? Bu yaraşıqlı və bir suyu kədərli mimlər qadınlarınızın könlünü oxuyacaq.

Xodulistlər və digər karnaval geyimli aktyorlar tərəfindən işçilərin səhər tezdən liftin qabağında qarşılanması boz ofis gününə rəngarənglik qatacaq.

Koridorda və yaxud konfrans zalında hər kəsi canlı masa – lady-furşet ilə də təəcübləndirmək olar. İmkan olsa canlı musiqi də təşkil etmək, məsələn saksofon, ya daha klassik skripka çalan “band”ləri çağıraraq bu günə yüksək əhval-ruhiyyə qatmaq olar.

2.Restoran

Cəmiyyətimizdə son zaman bir dəbə çevrilən korporativ səhər yeməyi təşkil edə bilərsiniz. Restoranlarımız bu trendə çoxdan uyuşub. Menülarına Aralıq dənizindən tutmuş Britaniya və Amerika səhər yeməklərinə rast gəlmək olar. Hələ milli səhər yeməyimizi demirik.

Həm də, qadınların bir balaca sirrini paylaşaq: onlar səhər yeməyini daha rahatlıqla qəbul edirlər. Bir çox qadınımızın düzgün qidalanma planına da uyğundur. Və əlbəttə ki, vacib məqamlardan biri də odur ki, iş mühitində hər gün qaçaqaça məruz qalan əməkdaşlar da tələsmədən, zövq ala-ala səhər yeməyini dadmaqdan ötrü darıxdığını nəzərə alsaq, bu üsul bir çoxların ürəyini fəth edəcək.

3.Timbildinq və kvest

Növbəti 2 üsül rəhbərlik tərəfindən ofiskənarı korporativ timbildinq və yaxud “workshop” kimi qiymətləndirilməsi şərti ilə həyata keçirilə bilər.

Ümumiyyətlə, korporativ timbildinqlər saysız-hesabsızdır: yaradıcı timbildinq, kviz – intellektual oyunlar, birgə filmin çəkilişi, birgə mahnının yazılması, rəqs ya səhnəciyin qurulması, ümumi şəklin (natürmort və s.) çəkilməsi və timbildinqın klassik variantı – kəndir kursu (fiziki tapşırıqlar və sınaqlar) və digərləri. Lakin məhz qadınların rolunu xüsusi vurğulamaq üçün bizim tövsiyəmiz kvestlərdir.

Kvest - son illərdə korporativ tədbirlərin keçirilməsinin ən aktual yoludur. Bu trend əməkdaşların emosional gərginliyin azalmasına, qadcetlərdən uzaqlaşmağa, ixtiraçılıq və çeviklikdən istifadə etmək bacarıqlarını göstərmək üçün super üsuldur. 

4.Təbiət

Kişilərimiz öz məharətini harada göstərə bilərlər? Əlbəttə, kabab hazırlamaqda. Bunun üçün 2 variant təklif edirik: xüsusi piknik etmək üçün məkanlara üz tutmaq, ya da bağ kiralamaq.

Bağa gəlincə isə yerli elan saytlarında hər bir şəraiti olan bağ və yaxud villa götürə bilərsiniz. Basseyn, sauna, bilyard da sizin üçün xoş bonus ola bilər.

Əgər kabab istəyib lakin his iyi vermək istəmirsinizsə, yaxın rayonlara səyahət seçə bilərsiniz. Paytaxta yaxın olan regionlara nəzər yetirək: Xızı, Quba, Qusar, Xaçmaz, Şamaxı, Masallı, Lənkəran və sayıra da bir gün keçirmək üçün, hətta ən soyuq havada belə hər bir şəraitli istirahət kompleksləri fəaliyyət göstərir. Bir avtobus əməkdaş yığıb rayona yola düşsəniz unudulmaz təəssüratlarla qayıdarsınız. Hələ yolboyu oyunlar, viktorinalar, fantlar da hazırlasanız, olacaq lap ƏLA.

5.Kino

Sonuncu üsulumuz iş saatları işdən ayrılmamaq üçün ən əlverişlisidir. Bayram öncəsi son iş gününün sonunda kinoteatra getmək o qədər də pis fikir deyil. Əsası odur ki, düzgün film seçmək və böyük həcmdə popkorn əldə etmək. 

Lakin bir çox kinoteatrlarda hazırda həmçinin VIP zallar və skybox-lar fəaliyyət göstərir. Orada daha rahat şəkildə oturacaqlar, qəlyanaltıları üçün masalar və s. təklif olunur, hələ bir ev şəraitini xatırladan rahat divanlar da var.Bu da istirahətinizə sözsüz ki, yağlı bir bonusdur. 

Əsası isə, əziz bəylər, istəkdir. Qadınları sevindirmək ürəyinizdən gələrsə, təklif etdiyimiz üsüllardan da rəngarəng əyləncə qura bilərsiniz. Bu işdə hər kəsə uğurlar arzu edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR