• Bakı 10° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

80 milyon insan işini itirəcək - 2030-cu ilə qədər...

CƏMİYYƏT

06 Noyabr 2024 | 14:48

80 milyon insan işini itirəcək - 2030-cu ilə qədər...

İqlim dəyişikliyi kənd təsərrüfatı məhsuldarlığını təhdid edir, məhsuldarlığın azalmasına, ərzaq təhlükəsizliyinin azalmasına və ərzaq qiymətlərinin artmasına səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib.

“Dünya Bankı hesab edir ki, iqlim dəyişikliyi 2030-cu ilə qədər əlavə 100 milyon insanı yoxsulluğa sürükləyə, kənd təsərrüfatında məhsuldarlığı 10-25 faiz azalda bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, artıq 3,6 milyard insan iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan bölgələrdə yaşayır. 2030-2050-ci illər arasında qidalanma, malyariya, ishal və istilik stressi kimi iqlimlə əlaqəli amillərin hər il əlavə 250 min ölümlə nəticələnəcəyi proqnozlaşdırılır. 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbi ilə 80 milyon insanın işini itirəcəyi proqnozlaşdırılır. Həmçinin sağlamlıq problemlərinin (məsələn, temperatur artımı ilə əlaqədar xəstəliklərin yayılması) nəticəsində sağlamlıq xərclərinin 1-5 trilyon dollar arasında artacağı gözlənilir”, - deyə H.Hüseynov qeyd edib. /Azərtac


SON XƏBƏRLƏR

26 Dekabr 2024