• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

9 yaşlı qızını 2 min 200 dollara satdı: “Çünki Pərvanə ucuz idi”

CƏMİYYƏT

02 Noyabr 2021 | 17:06

9 yaşlı qızını 2 min 200 dollara satdı: “Çünki Pərvanə ucuz idi”

Avqust ayında Taliban hakimiyyəti ələ keçirdikdən sonra böyük xaos yaşanan Əfqanıstanda xalqın yoxsulluq hövzəsi getdikcə daralır. Bütün dünyada xeyriyyə təşkilatlarının davamlı olaraq ölkəyə yardım çağırışı etməsinə baxmayaraq, bəzi ailələrin pul qarşılığında qızlarını satması ürək bulandırır.

Bakıvaxtı.az xəbər verir ki, Əfqanıstanda 55 yaşlı kişiyə evlənmək üçün satılan doqquz yaşlı Pərvanə Malikin görüntüləri dünyanı şoka salıb. CNN İnternational-ın eksklüziv hesabatına görə, Pervane Malik-in köçkün ailəsi dörd ildir ki, Badgis vilayətindəki düşərgədə yaşayır.

Avqustun 15-də Talibanın Kabili ələ keçirməsi ilə başlayan yeni dövr Malik ailəsinin həyatını daha da çətinləşdirib.

Beynəlxalq yardımın çata bilmədiyi ölkədə humanitar böhran dərinləşdikcə, bir neçə ay əvvəl 12 yaşlı qızını evlənmək üçün satan Əbdül Malik bu dəfə CNN İnternational-ın qarşısında doqquz yaşlı Pərvanə Məliki satıb.

Səkkiz nəfərlik ailənin qızını aclıqdan ölməməsi üçün satmalı olduğunu müdafiə edən Əbdül Malik qızını satdığı 55 yaşlı Qurban adlı kişidən 2200 dollar pul, qoyun və tarla alıb.

Artıq arvadı olduğunu deyən Qurban "Pərvanə ucuz idi, atası da çox kasıb idi. Pul lazımdır. Evimdə işləyəcək, döyməyəcəyəm" deyir.

Baba Əbdülməlik Qurbana deyir ki, bu sənin gəlinindir, xahiş edirəm, ona qulluq et, indi məsuliyyət sənindir, lütfən, onu döymə.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR