• Bakı 20° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Məktəbəhazırlığa başlayan şagirdlərin sayı açıqlandı - YENİLƏNİB

CƏMİYYƏT

01 Oktyabr 2024 | 19:11

Məktəbəhazırlığa başlayan şagirdlərin sayı açıqlandı - YENİLƏNİB

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 min 438 uşaq qeydiyyatdan keçib.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

 

13:39

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qrupların qəbul edilib.

    Qeyd edilib ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.

    Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.


    SON XƏBƏRLƏR

    07 Oktyabr 2024