ABŞ diplomatik kanallar vasitəsilə İrandan Fələstin-İsrail münaqişəsinə qarışmamasını istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"Amerikalılar bizə ən azı iki dəfə mesaj göndərdilər ki, orada iki əsas məqam var. Onlar münaqişə zonasından kənarda hərbi əməliyyatların yayılmasında maraqlı olmadıqlarını vurğuladılar və İrandan təmkin nümayiş etdirməsini istədilər", - deyə nazir qeyd edib.
Ağarza Elçinoğlu
















