• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın" - Səidə Sultan

MƏDƏNİYYƏT

05 Aprel 2022 | 10:46 | Müəllif: Qalib İbrahimoğlu

"Abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın" - Səidə Sultan

Müğənni Səidə Sultan Əməkdar artist Nigar Şabanova ilə bağlı dediyi sözlərə aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki. o, "Şourum" verilişində sözlərinin montaj edildiyini, fikirlərini xanəndəyə aid etmədiyini açıqlayıb:

"Sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada ifa etməsi uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir? Camaat dəflə hind rəqsi oynayır. Orada Nigar Şabanovanın adını çəkdilər. Qayıtdım ki, dəflə ifa edən xanımlar məndən yaxşı maşın sürüb, yaxşı yaşayırlar. Dəfin buna nə dəxli var? Dəflə oxuyanda abırlı, dəfsiz abırsızsan? Sözü Nigara demədim, hələ təriflədim də... Dedim ki, ona dəfsiz oxumaq da yaraşır".

Maqazin verilişlərinə səslənən Səidə Sultan onu efirə şağırmamalarını istəyib: "Sərt söz deyirəm, verə bilmirsinizsə verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib? Sözümü verə bilmirsinizsə, çağırmayın. Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun 1 faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Nigar, səni tanıyıram, sənin haqqında elə söz demərəm".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026