• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABL-də bu gün daha iki oyun baş tutacaq

İDMAN

28 Fevral 2025 | 09:39

ABL-də bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, hər iki qarşılaşma A qrupunda keçiriləcək.

Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək.”Sərhədçi” 19 xalla qrupda beşinci pillədə qərarlaşıb. Sonuncu - altıncı olan NTD-nin 18 xalı var.

Günün son matçında “Naxçıvan” “Sabah”la görüşəcək. “Sabah” 25 xalla qrup lideridir. 24 xalı olan “Naxçıvan” isə ikincidir.

Hər iki oyun “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” isə “Sumqayıt”ı 90:81 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026