• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ bazasına hücum edildi: Yaralananlar var

DÜNYA

26 Dekabr 2023 | 00:07 | Müəllif: Subhan Mahmudov

ABŞ bazasına hücum edildi: Yaralananlar var

Ərbil beynəlxalq hava limanının (İraqın şimalında muxtar bölgə olan İraq Kürdüstanının inzibati mərkəzi) ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi general Yəhya Rəsul məlumat verib. Onun sözlərinə görə, "insident nəticəsində bir neçə yaralı var". Bundan əlavə, “hava limanının fəaliyyəti pozulub və bu, mülki uçuşların cədvəlinə təsir edib”, - deyə Rəsul bildirib. O, hadisəni terror aktı adlandırıb.

Ərbildəki ABŞ hərbi bazası partlayıcı ilə kamikadze pilotsuz uçan aparatla vurulub. İraqın İslami Müqaviməti şiə hərəkatı məsuliyyəti öz üzərinə götürərək Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığındakı ABŞ bazasına hücumlar təşkil etdiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026