• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Avropa Ukrayna üçün daha çox şey etməlidir" - Almaniya kansleri

DÜNYA

24 Yanvar 2024 | 21:06 | Müəllif: Subhan Mahmudov

“Avropa Ukrayna üçün daha çox şey etməlidir" - Almaniya kansleri

Avropalılar Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə genişləndirməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“Avropa Ukraynaya özünü müdafiə etmək üçün daha çox kömək etməlidir.
Avropa ölkələrinin 2024-cü il üçün ayırdığı vəsait hələ də yetərli deyil”, - Şolz bildirib.

Almaniya kansleri hər bir ölkənin Kiyevə “yardımı əhəmiyyətli dərəcədə genişləndirə biləcəyini” nəzərdən keçirməyə çağırıb.

O, həmçinin qeyd edib ki, Berlin artıq "bütün digər Aİ ölkələrindən daha çox etdiyi halda Almaniyanın həmişə kifayət qədər iş görmədiyi üçün tənqid edilməsi onu olduqca əsəbiləşdirir.

" Avropanın Ukraynaya silah tədarükünün yarıdan çoxu Almaniyadan gəlir və “uzunmüddətli perspektivdə bunu təkbaşına edə biləcəyimizi düşünmək təkəbbürlük olardı”- deyə Almaniya kansleri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026