• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ-da maraqlı qərar! Begemotlar insan sayılır

DÜNYA

26 Oktyabr 2021 | 17:59

ABŞ-da maraqlı qərar! Begemotlar insan sayılır

ABŞ məhkəməsi kolumbiyalı narkobaron Pablo Eskobarın begemotlarını "qanuni hüquqları olan hüquqi şəxslər" kimi tanıyıb.

Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən məşhur narkobaronu Pablo Escobar 1980-ci illərdə şəxsi təsərrüfatına qanunsuz olaraq 4 begemot idxal edib. 1993-cü ildə polis tərəfindən tutularaq atışmada öldürüldükdən sonra begemotlar ortada qalıb.

Mülkiyyətdə bir müddət qaldıqdan sonra heyvanlar ölkənin əsas su yollarından biri olan Maqdalena çayına aparılıb və bəzi ekoloqların dayanıqsız hesab etdiyi sürətlə çoxalıblar. Son səkkiz ildə onların sayı 35-dən 80-ə yüksəlib.

Kolumbiya hökuməti hələ də məsələ ilə bağlı nə edəcəyini bilmir. Ölkədəki bəzi elm adamları begemotların bölgənin biomüxtəlifliyi üçün təhlükə yaratdığını, bəziləri isə heyvanların öldürülməsinin yeganə həll yolu olduğunu iddia edib. 

ABŞ-da yerləşən Heyvanların Hüquqi Müdafiə Fondu (ALDF) Kolumbiya hökumətini 100-ə yaxın heyvanı öldürmək planına görə məhkəməyə verib.İşin davam etdiyi bir vaxtda regional ətraf mühit agentliyi bəzi heyvanlara doğuşa nəzarət həbləri verməyə başlayıb. Ohayo Cənub Dairə Məhkəməsi begemotların hüquqi şəxs kimi tanındığını elan edib. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026