• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlib

CƏMİYYƏT

08 Iyun 2021 | 14:41

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İkigünlük səfər çərçivəsində F.Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək. /report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026