• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ dövlət katibinin müavini Azərbaycandadır

CƏMİYYƏT

13 Iyun 2022 | 15:06 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ dövlət katibinin müavini Azərbaycandadır

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Verilən məlumata görə, Kara Makdonald iyun ayının 13-15 Azərbaycanda səfərdə olacaq.

Qeyd olunub ki, səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. dövlət katibinin müavini Makdonald Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Bürosunun Avropa, Cənub və Mərkəzi Asiya üzrə fəaliyyətinə habelə çoxtərəfli və qlobal münasibətlər sahəsində çalışan heyətə rəhbərlik edir.

"Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Büro qanun aliliyi, insan haqları və əsas azadlıqlardada daxil olmaqla universal dəyərləri dəstəkləyir. Sözügedən dəyərlər demokratiyaya habelə güclü, sabit, firavan, və suveren dövlətlərin inkişafına təkan verir", - deyə məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026