• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi taliblərlə görüşüb

DÜNYA

20 Dekabr 2021 | 00:34 | Müəllif: Subhan Mahmudov

ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi taliblərlə görüşüb

Radikal “Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə məsləhətləşmələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Taliban”ın Əfqanıstanın xarici işlər nazirliyinə təyin ediyi mətbuat katibi Əbdül Kahar Bəlxi öz “Twitter” səhifəsində məlumat verib.

Söhbət zamanı tərəflər Əfqanıstandakı mövcud iqtisadi və humanitar vəziyyəti ətraflı müzakirə ediblər.

Bundan əvvəl “Taliban” nümayəndələri Pakistanın paytaxtında BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və bir sıra digər diplomatlarla danışıqlar aparıblar.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026