• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Şimali Koreyaya sanksiya tətbiq edib

DÜNYA

26 Iyul 2024 | 11:20 | Müəllif: Gülşən Şərif

ABŞ Şimali Koreyaya sanksiya tətbiq edib

ABŞ Pxenyana ballistik raket və kosmik proqramları üçün lazımi materialların çatdırılmasına kömək edən Çində yerləşən 5 təşkilat və 6 şəxsə sanksiya tətbiq edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, Şimali Koreyanın ballistik raket proqramı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının bir çox qətnaməsini pozub.

"Bundan başqa, Şimali Koreya ballistik raketlər tədarük edərək Ukraynadakı mülki əhalini və infrastrukturu hədəf almağa davam edir", - açıqlamada vurğulanıb.

ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan Nelson bildirib ki, Şimali Koreyanın BMT sanksiyalarını pozaraq ballistik raket texnologiyalarını davamlı olaraq inkişaf etdirməsi və yayılması məsuliyyətsiz və sabitliyi pozan hərəkətlərdir.

Qərar çərçivəsində "Sanshunda Electronics Science and Technology", "Qidong Hengcheng Electronics", "Shenzhen City Mean Well Electronics", "Beijing Jinghua Qidi Electronic Technology" və "Yidatong Tianjin Metal Materials" şirkətləri sanksiya siyahısına daxil olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026