"ABŞ-də prezident seçkilərinin nəticələrinin tezliklə rəsmi təsdiqlənməsi fonunda növbəti 70 gün Ukrayna qoşunları üçün psixoloji baxımdan ən çətin gün olacaq".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu heç bir qələbəyə can atmırlar, cəbhə xəttini saxlamağa çalışırlar:
"Hazırda Ukrayna Silahlı Qüvvələrində əhval-ruhiyyə və motivasiya tamamilə pozulub. Çünki əsgərlərin istədiyi yeganə şey daha yüksək məqsəd” uğrunda döyüşmək deyil, hər şeyin necə bitdiyini bilməkdir".
Gülşən Şərif