• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ və müttəfiqləri Ukraynaya 700-ə yaxın tank vəd edib - Bayden

DÜNYA

20 Fevral 2023 | 16:19 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ və müttəfiqləri Ukraynaya 700-ə yaxın tank vəd edib - Bayden

ABŞ və müttəfiqləri Ukraynaya 700-ə yaxın tank və 2 milyondan çox mərmi ötürməyə söz veriblər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Kiyevdə sədərdə olarkən deyib.

Onun sözlərinə görə, ölkəsi və müttəfiqləri birlikdə 700-ə yaxın tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi, 50-dən çox qabaqcıl MLRS vəd edib.

Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynaya silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. O, xəbərdarlıq edib ki, Qərb Ukraynaya getdikcə daha çox uzaqmənzilli silahlar vurduqca, xüsusi əməliyyatın coğrafi məqsədləri indiki xəttdən daha da irəliləyir.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026