• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aerportdakı yanğın reyslərin gecikməsinə səbəb oldu

HADİSƏ

27 Fevral 2024 | 14:50

Aerportdakı yanğın reyslərin gecikməsinə səbəb oldu

Qazaxıstanda Astana Beynəlxalq Hava Limanında bu gün səhər baş verən yanğın yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Bakıvaxtı.az "Trend"ə istinadən xəbər verir ki, yanğın söndürülən zaman güclü tüstü səbəbindən aerport terminalının bütün sərnişinləri təhlükəsiz yerə təxliyə olunub.

Yanğınsöndürmə işinə 20 ədəd əsas texnika, 3 ədəd xüsusi texnika və 58 nəfər cəlb olunub.

"Astana beynəlxalq aerportu uçuş reyslərini qəbul etməyə davam edir. Lakin aeroportdan 18 reysin uçuşu ləngiyir. Gecikən reyslərin dəqiq uçuş vaxtı hələlik məlum deyil", - deyə aeroportun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, yanğın söndürüldükdən sonra T2 daxili reyslər terminalı istifadəyə verilib. Daxili reyslər terminalında sərnişinlərin qeydiyyatı açıqdır. Həmçinin, beynəlxalq reyslər terminalının bərpası üzrə işlər görülür.


SON XƏBƏRLƏR

26 Iyul 2024