• Bakı C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

AFFA iki komandaya texniki məğlubiyyət verdi

İDMAN

12 Dekabr 2024 | 14:32

AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA iki komandaya texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Əvəzedicilər Liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan futbolçu Kənan Cavadlı meydana daxil olduğuna görə hesab saxlanılmaqla (0:3) Sumqayıt komandasına texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 400 manat cərimələnib.

AFFA U-16 Liqasında keçirilən “Səbail” – "Turan Tovuz” matçında heyətdə adı protokolda qeyd edilməyən futbolçu yer aldığına görə Tovuz klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.


SON XƏBƏRLƏR