• Bakı 30° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Afrika daha sürətlə istiləşir - BMT

DÜNYA

19 Iyun 2026 | 09:11

Afrika daha sürətlə istiləşir - BMT

Afrika qitəsi qlobal orta göstəricidən daha sürətlə istiləşməyə davam edir, iqlim dəyişikliyinin təsirləri isə regionda getdikcə daha kəskin hiss olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “2025-ci ildə Afrikada iqlimin vəziyyəti” adlı hesabatında deyilir.

Sənədə əsasən, 2025-ci ildə ekstremal iqlim hadisələri ən azı 13 milyon insana təsir edib, 3 mindən çox insan isə həyatını itirib.

Hesabatda bildirilir ki, Şimali Afrikada güclü istilər və quraqlıqlar kənd təsərrüfatına ciddi zərər vurub. Şərqi Afrikada isə 8,5 milyon insan iqlim fəlakətlərindən təsirlənib.

Məlumatda qeyd olunur ki, artan temperatur Afrika buzlaqlarının sürətlə əriməsinə səbəb olur. Xüsusilə Kilimancaro dağı üzərindəki buzlaqlar ciddi şəkildə kiçilib və yaxın gələcəkdə tamamilə yox ola bilər.

ÜMT-nin məlumatına görə, buzlaqların əriməsi daşqın risklərini artırır və dəniz səviyyəsinin yüksəlməsinə təsir göstərir. 2025-ci ildə Afrikadakı ekstremal hadisələrin yarıdan çoxu daşqınlarla bağlı olub və xüsusilə Nigeriya və Konqo Demokratik Respublikası ciddi zərər görüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026