• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” açılacaq

CƏMİYYƏT

16 Yanvar 2024 | 18:32 | Müəllif: Subhan Mahmudov

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” açılacaq

Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı bildirilib.

İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026