AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Daha bir avtobus nağdsız ödəniş sisteminə keçir
CƏMİYYƏT
15 Fevral 2024 | 16:04

SON XƏBƏRLƏR















