• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ağdamda minatəmizləyənlər təltif edildi

CƏMİYYƏT

17 Sentyabr 2021 | 21:41 | Müəllif: Subhan Mahmudov

Ağdamda minatəmizləyənlər təltif edildi

Ağdam rayonunda ərazilərdə minalardan təmizləmə işləri aparan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları rayonda faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətinə azad edilmiş torpaqlarımızda işğal zamanı basdırılmış minalar, onların insan həyat və sağlamlığına yaratdığı təhlükə, eyni zamanda minatəmizləmə prosesinin gedişatı, əldə olunan nəticələr və ümumi statistika haqqında məlumat veriblər.

Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatına istinadən xəbər verir.

Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və ölkəmizdə səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin üzvləri ANAMA əməkdaşlarının əməyini yüksək qiymətləndirərək, onlara işlərində uğurlar arzu ediblər.

Ombudsman ANAMA-nın bir sıra əməkdaşını işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə fəxri fərmanlarla təltif edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026