• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ağdaşda 4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib

HADİSƏ

09 Avqust 2021 | 12:38

Ağdaşda 4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı 150 nəfərdən artıq qonağın iştirak etdiyi, bəzilərinin COVID pasportu olmadığı, eləcə də xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub.

Həftəsonu fərdi evlərdə təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun Korarx, Qaradeyin, Yenicə, Ağzıbir, Qobuüstü, Binələr və Qoşaqovaq kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Ağdaşda 4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnibAğdaşda 4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR