"İnsanın genetik kodunda problem yoxdursa və aktiv adamdırsa, yediyi yeməklər çox da problem yaratmaz".
Bakıvaxt.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Terapevt bildirib ki, ağır yeməklərə xəmir, yağlı, şirin qidalar daxildir.
Onun sözlərinə görə, bu yeməklər isti havalarda arteriyal təzyiqi qaldıra bilər.
"İnsanlar belə yeməkləri tavada deyil, suda bişirilmiş şəkildə yeməlidir".
N.Məhərrəmov qeyd edib ki, yatmazdan ən tez 3 saat əvvəl qidalanmaq lazımdır.
Mina Mikayılova











jpg-1725011130.webp)




