• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Aİ  Rus-Belarus qoşununa cavab verəcək

DÜNYA

10 Oktyabr 2022 | 16:07

Aİ Rus-Belarus qoşununa cavab verəcək

Avropa İttifaqı (Aİ) Rusiya və Belarusun birgə qoşun qruplaşması yaratmasına cavab verəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Brüsseldə mətbuat konfransında deyib.

“Rusiya və Belarusun birgə hərbi qüvvələr yaratması Ukraynada yeni münaqişənin yaranmasına səbəb olacaq və Aİ buna cavab verəcək”, – o bildirib.

Stano bəyanatında Belarus Prezidentinin sözlərinə də diqqət çəkib: “Aleksandr Lukaşenkonun Rusiya və Belarusun birgə hərbi birləşmələr yaratması barədə çıxışını eşitdik. Bu baş verdiyi halda Aİ münaqişənin yenidən alovlanmasına cavab verəcək”.

Onun sözlərinə görə, Ukrayna tərəfdən Belarusa hücumların olacağı barədə Lukaşenkonun dedikləri yalan və qəbuledilməzdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026