• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Albaniyada 400-ə yaxın insan zəhərləndi

DÜNYA

26 Oktyabr 2021 | 23:11

Albaniyada 400-ə yaxın insan zəhərləndi

Albaniya istintaq orqanları Tirana yaxınlığında yerləşən kiçik Kruja şəhərinin 400-ə yaxın sakininin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Albanian Daily News"un onlayn versiyası məlumat yayıb.

Məlumata görə, zəhərlənən şəhər sakinlərinin hamısı ölkədəki xəstəxanalara göndərilib, belə ki, onların vəziyyəti onları yalnız qısamüddətli müalicə ilə məhdudlaşdırmağa imkan verməyib.

Hazırda içməli su nümunələrinin müayinəsi aparılır. Yerli polis insanların zəhərlənməsinə çirkab suların içməli maye olan çənlərə daxil olması ilə bağlı ola biləcəyini ehtimal edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR