• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİM sədri: Universitetlərə 55000-dən çox abituriyent qəbul olub

CƏMİYYƏT

26 Avqust 2024 | 11:12 | Müəllif: Əli Hüseynov

DİM sədri: Universitetlərə 55000-dən çox abituriyent qəbul olub

"Müsabiqənin nəticələrinə əsasən, 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmrahan Mərkəsini (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə  ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub:

“Qeyd olunan rəqəmləri ötən ilin müvafiq dövrünün məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik”-, deyə, DİM sədri bildirib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026