• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Almaniyada 2,8 milyon nəfər işsizdir 

DÜNYA

03 Sentyabr 2024 | 09:01

Almaniyada 2,8 milyon nəfər işsizdir

Almaniyada avqustda işsizlərin sayı iyul ayı ilə müqayisədə 63 min nəfər artaraq təxminən 2,8 milyon nəfər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” nəşri Almaniya Federal Məşğulluq Agentliyinə istinadən məlumat yayıb.

    Məlumata görə, 2023-cü ilin avqust ayı ilə müqayisədə bu rəqəm 176 min nəfər artıb.

    “Əmək bazarı iqtisadi durğunluğun nəticələrini yaşamaqda davam edir. Yay ayları ərzində işsizlik və qeyri-məşğulluq artıb”, - Federal Məşğulluq Agentliyi qeyd edib.

    Şirkətlərdə işçi qüvvəsinə tələbat da azalır. Avqustda 699 min açıq vakant yer qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 72 min azdır.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Sentyabr 2026