• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Amerikalı milyarder İlon Maska görə boşanır

DÜNYA

25 Iyul 2022 | 13:20

Amerikalı milyarder İlon Maska görə boşanır

“Google” şirkətinin həmtəsisçisi Sergey Brin həyat yoldaşı Nikol Şenaxandan boşanmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti yayıb.

Məlumata görə, buna səbəb Nikol Şenaxanın amerikalı sahibkar İlon Maskla qısa müddətli münasibətdə olması olub. 

Bildirilir ki, İlon Mask və Şenaxan arasında 2021-ci ilin payızında yaşanan münasibət Mask və Brin arasında dostluğa son qoyub.

Brinin cari ilin yanvar ayında boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir. 

Qəzet yazır ki, nə Brinin, nə də Maskın vəkili məsələ barədə açıqlama verməyib. 

Qeyd edək ki, 48 yaşlı milyarder Sergey Brin 2019-cu ilin oktyabr ayında “ClearAccessIP” şirkətinin təsisçisi və baş direktoru Nikol Şenaxanla ailə həyatı qurub. Cütlük iki illik münasibətdən sonra evlənmək barədə qərar qəbul edib. Onların bir qız övladı var.


Amerikalı milyarder İlon Maska görə boşanırAmerikalı milyarder İlon Maska görə boşanırAmerikalı milyarder İlon Maska görə boşanır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR