Ana südü körpə üçün ən möcüzəvi qidadır. Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssislərin fikrincə, ana südü yalnız qidalandırmır, həm də körpəyə istilik və təhlükəsizlik hissi verir. Hətta ana südü uşağın intellektinə də təsir edir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ana südünün körpənin mənəvi, fiziki və əqli inkişafına kömək etdiyinə diqqət çəkirlər.
Ana südü körpə üçün ən təbii, faydalı və təmiz qidadır. Hətta "Yer üzündə yeganə canlı qida" kimi də təsvir edilib. Oktyabrın 1-dən 7-dək “Əmizdirmə Həftəsi” kimi qeyd olunur. Mütəxəssislər, bu çərçivədə, gələcək anaların və yeni doğulanların ana südü verərkən diqqət etmələri lazım olan məsələləri açıqlayıb.
Ana südü immuniteti dəstəkləyir;
* Ana südü ilə qidalanan körpənin D vitamini və flüordan başqa heç bir əlavə maye, qida və ya vitaminə ehtiyacı yoxdur.
* Ana südü körpənin immun sistemini dəstəkləyir.
* Ana-körpə münasibətlərini gücləndirir.
* Piylənmədən, tip 2 diabetdən qoruyur. Həzm sisteminin yaxşı işləməsini təmin edir, İntellektin inkişafına müsbət təsir göstərir.
Süd vermək ana üçün də faydalıdır
* Süd vermək döş, yumurtalıq və endometrium xərçəngi riskini azaldır.
* Ananı gələcəkdə baş verə biləcək osteoporozdan qoruyur.
* Ananı həddindən artıq qan itkisindən və anemiyadan qoruyur.
* Əmizdirən analar daha asan arıqlayırlar.
* Analıq hissinin inkişafına səbəb olur.
Ay Tac















