Bəstəkar, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrinin solisti Anar İlhamlı “Şəkimiz” adlı yeni mahnısını təqdim edib.
Bakıvaxtı.az bu barədə sənətçinin özündən məlumat əldə edib.
Qeyd edək ki, mahnının sözləri şair Musa Həşimova aiddir.
Azərbaycan incəsənətinə 20 ildən çoxdur xidmət edən Anar İlhamlı Vətən müharibəsi zamanı fəal sənət adamlarından biri olub. Onun “Azərbaycan bayrağı”, “Zəfər döyüşü”, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri” adlı marşları geniş populyarlıq qazanıb.
1983-cü ildə Şəkidə musiqiçi ailəsində anadan olan ifaçı ümumilikdə 100-dən çox mahnının müəllifidir.
O, mütəmadi olaraq hərbçilər qarşısında konsert proqramları ilə çıxış edir. Yaradıcılığına görə iki dəfə “Yubiley medalı” ilə təltif olunub, Milli Məclisin Mədəniyyət Komitəsi və bir sıra qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb.