• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ançelotti "Real"dan ayrıldıqdan sonra...

İDMAN

13 Avqust 2022 | 17:14 | Müəllif: Subhan Mahmudov

Ançelotti "Real"dan ayrıldıqdan sonra...

"Real"ın çalışdırıcısı Karlo Ançelotti Madrid təmsilçisindən ayrıldıqda sonra məşqçilik karyerasını başa vuracaq. 

Bakıvaxtı.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 63 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O deyib:

"Real"dan ayrılandan sonra təqaüdə çıxacağam. "Real" futbolun zirvəsidir. Son dəfə burada işləyib, daha sonra vidalaşmaq mənim üçün ən yaxşısıdır".

Qeyd edək ki, Ançelotti 2021-ci ildən Madrid təmsilçisinə baş məşqçilik edir. O, 2013-2015-ci illərdə də bu komandanı çalışdırıb. Həmçinin italiyalı mütəxəssis "Milan", PSJ, "Yuvetus", "Parma", "Çelsi", "Bavariya", "Napoli", "Everton" kimi klubların baş məşqçisi olub.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR