• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

SİYASƏT

29 Avqust 2024 | 18:20

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas)  Ağcabədi rayonun Şahmalılar və Soltanlı kəndlərində seçicilərlə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki,görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Aqil Abbasın vəkili Ceyhun Rüstəmov seçiciləri salamladıqdan sonra əvvəlcə seçiciləri namizədin seçki platforması ilə tanış edib. 

A.Abbas seçicilərə yenidən ona etimad göstəriləcəyi təqdirdə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə irəli sürəcəyi təşəbbüslər haqqında seçicilərə ətraflı məlumat verib. Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Aqil Abbas Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.

Daha sonra deputatlığa namizəd seçicilərin çoxsaylı suallarını cavablandırıb, onları narahat edən məsələlərin həlli yollarından söz açıb.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Aqil Abbasa yedilliklə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, A.Abbas hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də Aqil Abbasa səs verəcəklər.

Sonda Aqil Abbasın vəkili Ceyhun Rüstəmov seçicilərin şikayətlərini, müraciətlərini dinləyərək qeydlər aparıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024