• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Astarada 16 yaşlı qızın meyiti TAPILDI - YENİLƏNİB

HADİSƏ

29 Iyun 2024 | 11:36

Astarada 16 yaşlı qızın meyiti TAPILDI - YENİLƏNİB

Astarada intihar etdiyi deyilən 16 yaşlı qızın meyiti ailəsinə təhvil verilib.

Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir.

    ***

    11:02

    Astarada 16 yaşlı yeniyetmə qız asılı vəziyyətdə tapılıb.

    Bakıvaxrtı.az xəbər verir ki, gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarım tikililisində asılı vəziyyətdə tapılıb.

    Yaxınlarının sözlərinə görə o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə də hər kəslə sağollaşıb yatmağa gedib.

    Bir müddət sonra onun otağına girən ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar.

    Onun intihar etdiyi bildirilir.

      Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.

      Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.

      Faktla bağlı araşdırma aparılır./apa


      SON XƏBƏRLƏR