• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Astarada narkotik bitkilər yetişdirən şəxslər saxlanıldı

HADİSƏ

07 Sentyabr 2021 | 10:34

Astarada narkotik bitkilər yetişdirən şəxslər saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib.

Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026