"Aviabiletlərin qiymətləri ilə bağlı təkliflərimizi vermişik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr gedir.
"Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun. Amma hazırda şəraitin buna imkan verib- vermədiyi məsələsi var. Digər bir tərəfdən başa düşürük ki, qiymətlərin formalaşdırılması qəliz bir prosesdir və maya dəyərindən ucuz ola bilməz", - agentlik rəsmisi bildirib.
















