• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

İDMAN

20 Iyun 2024 | 18:58

AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

 

***18:37

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da gerçəkləşən C qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***17:46

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da gerçəkləşən C qrupunun oyununda hesab açılmayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da başlayan C qrupunun oyununu rumıniyalı beynəlxalq dərəcəli hakim İştvan Kovaç idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026