• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avropa rus qazının tədarükünə tam qadağa qoyur

İQTİSADİYYAT

14 May 2023 | 17:51 | Müəllif: Subhan Mahmudov

Avropa rus qazının tədarükünə tam qadağa qoyur

Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.

Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026