• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Avropa təhsil modeli Azərbaycana gətirilir

CƏMİYYƏT

14 Iyul 2022 | 11:06 | Müəllif: Qalib İbrahimoğlu

Avropa təhsil modeli Azərbaycana gətirilir

"Avropa İttifaqı DİM-lə əməkdaşlıqdan məmnundur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Petr Mixalko DİM-in Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsinin rəsmi açılışı ilə bağlı tədbirdə deyib.

“Biz öz təcrübəmizə əsaslanaraq, 2019-cu ildən bu yana bu regionda kifayət qədər layihələr həyata keçirilib" deyən səfir DİM-lə əməkdaşlağı çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, xüsusilə, bu layihə dövıət qulluğu sahəsində işlərin təkmilləşdirilməsinə gətirib çıxaracaq.

"Bu səriştə modeli Avropa dövlətlərində istifadə olunur. Avropa təhsil modelini Azərbaycana gətirmək üçün bu layihə olduqca əhəmiyyətlidir. Bu, bir fürsətdir. Mən də dövlət qulluqçusuyam. Avropa Birliyində yaşayan vətəndaşlara biz bu istiqamətdə yardımımızı göstəririk”, - deyə Petr Mixalko qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026