Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunda körpünün çökməsi nəticəsində iki fəhlə ölüb, yeddi nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilsə də, sonradan bu rəqəmə yenidən diqqət yetirilib.
Qeyd edək ki, qəza səhər saat 9:50 radələrində (Bakı vaxtı ilə 04:50) Seuldan təxminən 80 kilometr cənubda, Seul-Sejonq ekspress yolunun bir hissəsinin tikintisində baş verib.
***
09:18
Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunun çökməsi nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, qəza səhər saat 9:50 radələrində (Bakı vaxtı ilə 04:50) Seuldan təxminən 80 kilometr cənubda, Seul-Sejonq ekspress yolunun bir hissəsinin tikintisində baş verib.
İşçilər konstruksiyaların altında olarkən 5 ədəd 50 metrlik polad tir dayaqlarından aşıb. Xilasedicilər dağıntılar arasından 8 nəfəri aşkar ediblər, onlardan 3-ü ölüb, qalan 5 nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Səlahiyyətlilər hadisə yerində axtarışları davam etdirmək üçün müvafiq xidmətləri səfərbər edib.