• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

HƏMAS sözçüsü öldürülüb

DÜNYA

27 Mart 2025 | 08:57

HƏMAS sözçüsü öldürülüb

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava hücumu nəticəsində HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Reuters“ hərəkatın nəzarətində olan əl-Əqsa telekanalına istinadən məlumat yayıb.

    “əl-Cəzira” telekanalının məlumatına görə, Əbdül Lətif əl-Qanua İsrailin hava hücumlarına məruz qaldığı zaman Cəbəliyə şəhərində çadırda olub. Fələstinin “Quds News Network” agentliyi HƏMAS nümayəndəsinin cəsədinin fotosunu da dərc edib.

    “əl-Cəzirə” xəbər verir ki, İsrailin martın 26-da Qəzzanın şimalına hücumu nəticəsində azı 26 nəfər həlak olub.


    SON XƏBƏRLƏR

    29 Mart 2025