• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

18 Mart 2023 | 10:15

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 18-i gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi "VAZ-21011" markalı maşın toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "VAZ-21011"də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026