“Yaxşılıq edə bilməyəndə hamıdan uzaqlaşıram, danışmıram, bir insana məsləhət də vermirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Xəbərin var?” verilişinə müsahibəsində deyib.
O, dostlarına etdiyi yaxşılıqlardan da söz salıb:
“Kimsə desə ki, sənin buna köməyin dəyə bilər, əlimdən gəlirsə, gecə saat 3 də olsa gedərəm. Amma mənim etmədiyim hərəkətləri boynuma şər-böhtanla qoyanda çox təsir edir”.
İfaçı həmkarları ilə səmimi olmadığını bildirib:
“Sənət dostlarımla heç nə ola bilməz, yanlış anlamasınlar. Mən həmkarlarımla yaxın deyiləm, o dərəcə yaxın buraxmamışam ki, mənə pislik etsinlər. Buraxmaram da. Bu sfera elədir ki, söz yayılır. Bir insan sınanmalıdır. Sınananlar da olub. Mən desəm ki, aldadılmamışam, xəyanət görməmişəm, yalan olar”.
Ziyafət Əlisoy
















