• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına DƏSTƏK

CƏMİYYƏT

02 Avqust 2021 | 15:01

Azərbaycan ekoloqlarından türkiyəli həmkarlarına DƏSTƏK

"Qardaş Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları bizi də dərindən kədərləndirdi və sarsıtdı". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan ekoloqlarının bəyanatında bildirilib. 

"Biz-İctimai Ekoloji Şuranın üzvləri, ekoloqlar və meşəçilər olaraq insanlığa, meşələrə və təbiətə qarşı yönələn bu ekoloji terroru qətiyyətlə qınayırıq, hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındayıq. 
Meşə yanğınları ilə mübarizədə türkiyəli həmkarlarımıza dəstəyik və hər cür yardım göstərməyə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün qüvvələrimizi, imkanlarımızı səfərbər etməyə, meşələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq",-deyə bəyanatda bildirilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026