• Bakı 16° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

İDMAN

19 Dekabr 2023 | 09:48

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq "İrəvan" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı "İmişli" və "Qəbələ" komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” – “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl "Sabah" və "Sumqayıt" 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026