• Bakı 22° C

    5.14 m/s

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

İDMAN

14 Oktyabr 2023 | 13:09 | Müəllif: Subhan Mahmudov

Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı

AVRO-2025-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Lüksemburq yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Dumitri Muntean olacaq. Ona həmyerliləri Denis Oala və Sergiu Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Boska yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 17-də “Azersun Arena”da keçiriləcək görüş saat 18:00-da baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026