• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan Prezidenti: “Bizə yeni müharibə lazım deyil”

GÜNDƏM

14 Avqust 2021 | 21:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Prezidenti: “Bizə yeni müharibə lazım deyil”

Biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026