• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

 Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişdi

SİYASƏT

14 Aprel 2025 | 14:01

 Azərbaycan-Qırğızıstan İnkişaf Fondunda İdarə Heyətinin həmsədri dəyişdi

Almaz Mambetov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin həmsədri vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri bu ölkənin Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən məlumat yayıb.

Məlumata görə, onun yerinə Zamirbek Osmonov üç il müddətinə təyin edilib. O, əvvəllər İqtisadi sahədə Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidmətinin sədri, Dövlət Vergi Xidmətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon dollar təşkil edib, 2024-cü ildə onun 4 dəfə - 100 milyon dollara qədər artırılması barədə qərar qəbul olunub.


SON XƏBƏRLƏR

15 Aprel 2025