• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir" - Arestoviç

DÜNYA

26 Aprel 2023 | 23:38 | Müəllif: Subhan Mahmudov

"Azərbaycan rəhbərliyi parlaq oyun nümayiş etdirir" - Arestoviç

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini təsis etməsi ilə bağlı “Facebook"da paylaşımında bildirib.

"Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarətə götürdü.

İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu mənəvi tənəzzülə uğrayanda: “...döyüşmədilər, yetərincə almadılar” deyəndə mən bildirdim:

- Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb

Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir.

Buna ancaq qibtə etmək olar”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026