• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səfirimiz macar rəsmisi ilə enerji əməkdaşlığını müzakirə edib

SİYASƏT

31 Yanvar 2024 | 16:15

Səfirimiz macar rəsmisi ilə enerji əməkdaşlığını müzakirə edib

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə bu ölkənin Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.

"Avropa İttifaqı Şurasında yaxınlaşan Macarıstan sədrliyi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bərpa olunan enerji mənbələri daxil olmaqla enerji əməkdaşlığı, eləcə də inkişaf edən Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin digər sahələrini müzakirə etmək üçün dövlət katibi Attila Ştaynerlə görüşmək çox xoş oldu",- diplomat bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026